!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qatarların da hərəkəti dayandırıldı - Ermənistanda

!Reklam – Yazi

Ermənistanda etiraz aksiyaları çərçivəsində dəmir yollarının bağlanması ilə əlaqədar qatarların hərəkəti dayandırılıb.

Yenicag.az xəbər verir ki, bu qərara etirazçıların dəmir yollarında oturması səbəb olub.

Qeyd olunur ki, şəhərətrafı sərnişin və yük daşımaları təhlükəsizlik məqsədləri ilə müvəqqəti olaraq dayandırılıb.

Nikol Paşinyanın tərəfdarları bu gün həm də Gürcüstana və İrana gedən dövlət əhəmiyyətli yolları bağlayıb.

Qeyd edək ki, mayın 1-də Ermənistan parlamentində Paşinyanın baş nazir vəzifəsinə namizədliyi ilə bağlı keçirilən səsvermə uğursuz nəticələnib. Paşinyan 53 səs tələb olunduğu halda, 45 səs toplayıb. Hakimiyyətdəki Respublika Partiyası müxalifətçiyə dəstək verməyib.

www.yenicag.az

1658
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv