!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qatil tibb bacısı

!Reklam – Yazi

310452İtaliyada çalışdığı xəstəxanada 38 pasiyenti qətlə yetirməkdə suçlanan tibb bacısının məhkəmə prosesi başlanır. Ölkənin mərkəzindəki Emiliya-Romanya vilayətindəki Luqoda, “1-ci Umberto” şəhər xəstəxanasında tibb bacısı işləyən Daniela Poqqiali ötən ay həbs olunmuşdu.

O, ağır xəstə olan 38 pasiyenti kalium inyeksiyası vasitəsilə öldürməkdə suçlanır.

Polisdən verilən məlumata görə, Poqqiali pasiyentləri “həzz almaq” üçün öldürüb. Üstəlik, o, qətlə yetirdiyi xəstələri öldürməzdən əvvəl onlarla selfi çəkərək Facebook-dakı profilində yayıb.

Tibb bacısının cəllad olduğu İtaliyanın şimal-şərqindəki Ravenna vilayətindəki hospitallardan birində 78 yaşlı qadının ölümündən sonra aparılmış patoloqoanatomik ekspertizada əyan olub. Belə ki, həmin qadının orqanizmində anormal miqdarda kalium-xlorid vardı.

Təhqiqat başlanıb və məlum olub ki, həmin qadın Luqo şəhər hospitalından gətirilib. Həmin hospitalda isə qadına ifrat miqdarda kalium-xlorid inyeksiyası vurulubmuş.

Kalium-xlorid effektiv zəhərlərdən sayılır. O, insan bədəninə vurulandan 48 saat sonra həll olur və izləri qalmır.

Bu inyeksiyadan ABŞ-da edam cəzası almış məhkumların qətlə yetirilməsi üçün istifadə olunur.

42 yaşlı Poqqialinin sosial şəbəkələrdə yaydığı fotolar da əşyayi-dəlil sayılıb.

O, az sonra öldürəcəyi pasiyentlərdən birinin yanında duraraq fotosunu çəkib. Fotoda cəllad tibb bacısı rişxəndlə gülümsəyir.

www.yenicag.az

616
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv