Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Qax Mərkəzi Rayon Xəstəxanasında yanğın baş verib

Qax Mərkəzi Rayon Xəstəxanasında yanğın baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yanğın bu gün günorta saatlarında Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) inzibati binasının ikinci mərtəbəsində, cərrahiyyə şöbəsinin müdirinin otağında baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın şiddətli olmadığından yanğınsöndürənlər hadisə yerinə çatana qədər tibb işçiləri tərəfindən söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 15 kv/m olan otaq və otağın içərisində olan əşyalar tamamilə yanıb. Yanğın zamanı xəstəxanada müalicə olunan xəstələrdən heç biri xəsarət almayıb.

Qeyd edək ki, yanğın zamanı otaq bağlı olub və şöbə müdiri otaqda olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.Az

www.yenicag.az

410