“Qax Mineral Suları”nda PARTLAYIŞ – Ölən var

Azərbaycanda şirkətdə partlayış olub.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Süskənd kəndi ərazisində yerləşən “Qax Mineral Suları” MMC-də qeydə alınıb.

Belə ki, şirkətdə partlayış baş verib. Nəticədə MMC-də nəzarətçi işləyən Aydın Şabanov vəfat edib.

Faktla bağlı araşdırma aparılır./Report/