Qaxa 35 santimetr qar yağdı

Qaxın dağlıq ərazilərinə 35 santimetr hündürlüyündə qar yağıb.

Yenicag.az xəbər verir ki, bu barədə Qax rayon İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, qar ötən gecədən yağmağa başlayıb:

“Ötən gecə saat 01 radələrində şəhərdə yağmağa başlayan yağış daha sonra qara çevrildi. Hazırda şəhərin özündə qarın hündürlüyü 5 santimetrdir. Dağlıq ərazilər olan İlisuda qarın hündürlüyü 25, Sarıbaş kəndində isə 35 santimetr təşkil edir”.

Qarın yağması ilə bağlı qabaqlayıcı tədbirlər həyata keçirilib, şəhər yolları qardan təmizlənib.