Qaxda 11 gün əvvəl itkin düşən şəxsin meyiti tapıldı

İyulun 23-də Qax rayonunun Sarıbaş kəndi istiqamətində itkin düşən Qax rayon sakini 1993-cü il təvəllüdlü Kamallı Rəhman Sədrəddin oğlunun meyiti mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə tapılıb.

Yenicag.az xəbər verir ki, bu barədə bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən ərazidən təxliyə edilərək aidiyyəti üzrə təhvil verilib.