Bu gün saat 10 radələrində Qax rayonu ərazisində ağır yol qəza hadisəsi baş verib. Qəza zamanı iki minik avtomobili toqquşub. Nəticədə iki nəfər dünyasını dəyişib.
Hadisə Qax rayonunun Qaşqaçay kəndi ərazisində qeydə alınıb. Qəza zamanı Qaxın Qaşqaçay kənd sakini Məmmədov Ramiz Cəlal oğlunun idarə etdiyi 10-XK-096 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobillə Şəkinin 1-ci Biləcik kənd sakini Qurbanov Təbriz Ərrəhman oğlunun idarə etdiyi 55-BH-179 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü hadisə yerindəcə dünyasını dəyişib.
Avtomobillərdə olan 3 nəfər sərnişin – Şəkinin 1-ci Biləcik kənd sakinləri – Malxasov Abdulla Rafiq oğlu, Əhmədov Elsəvər Ramazan oğlu və adı yalnız bu dəqiqələrdə biliniən Məmmədova Aydan Ramiz qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qəza zamanı avtomobillər deformasiyaya uğradığından əraziyə FHN-in Şəki yanğından mühafizə hissəsinin xüsusi xilasedici dəstəsi cəlb edilib. Xəsarət alan və dünyasını dəyişən şəxslər xüsusi avdanlıqlar vasitəsi ilə avtomobildən çıxarılaq Şəki və Qaxdan hadisə yerinə cəlb olunmuş həkim briqadalarına təhvil veriliblər. Xəsarət alanlar dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan verilən məlumata görə, xəstələrdən ikisinin vəziyyəti orta ağırdır. Xəsarət alanlardan biri isə ambulator müalicə aldıqdan sonra evə buraxılıb.
Qəzanın ilkin olaraq dümanlı hava şəraitində avtomobillərdən birinin yüksək sürətlə hərəkət etməsi səbəbindən baş verdiyi ehtimal edilir.
Faktla əlaqədar Şəki Rayon Prokurorluğunda araşdırmalar aparılır.
(deyerler.org)