Qaxda ağacdan yıxılan kişi öldü

Qaxda 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Yenicag.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Qax şəhəri ərazisində baş verib.

Qax şəhər sakini 1969-cu il təvəllüdlü Alberd Zurabaşvili yaşadığı evin həyətyanı sahəsində xurma ağacından yıxılıb.

Alberd Zurabaşvili hadisə zamanı aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.