Qaxda avtomobil ağaca çırpılıb: 2 nəfər ölüb, 2-si yaralanıb

Qax rayonunun Dəymədağlı kəndində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un Şimal-Qərb bürosunun məlumatına görə, vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində 2 nəfər ölüb, daha 2-si yaralanıb.

Qəza nəticəsində avtomobil yanaraq külə dönüb.

Yenicag.az