Qaxda 57 yaşlı qadını çaqqal dişləyib.
Yenicag.az xəbər verir ki, rayonun Əlibəyli kənd sakini, 1962-ci il təvəllüdlü Liya Solomon qızı Baraxaşvili sol ayağın bud nahiyəsindən çaqqal dişləməsi xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Məlum olub ki, 57 yaşlı L.Baraxaşvili yaşadığı kəndin inzibati ərazisində bağda fındıq yığan zaman caqqalın hücumuna məruz qalıb. L.Baraxaşviliyə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb.