Qaxda dəhşətli qəza: 2 ölü, 5 yaralı

Qax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Şəki-Qax avtomobil yolunun 30-cu kilometrliyində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.