!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qaxda dəhşətli yanğın - İlisu qoruğuna keçməsinin qarşısı alındı

!Reklam – Yazi

Qax rayonu Xırsa və Ağyazı kəndləri ərazisində baş verən yanğının İlisu Dövlət Təbiət Qoruğunun ərazisinə keçməsinin qarşısı alınıb.

Ekoloigiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) departament direktoru Hikmət Əlizadə Trend-ə bildirib ki, Qax rayonu Xırsa və Ağyazı kəndləri ərazisində kimlərinsə kövşən və biçənəkləri yandırması səbəbindən İlisu Dövlət Təbiət Qoruğunun sərhədləri yaxınlığında baş verən yanğın qoruğun meşə sahəsinə keçə bilərdi və təbiətə böyuk ziyan dəyərdi:

“Buna görə yaxınlıqdakı kəndlərin sakinlərinə, yerli qurumlarımızın, FHN-nin əməkdaşlarına çəkdikləri əziyyətə, göstərdikləri şücaətə görə nazirliyimiz adından minnətdarlıq bildirirəm”.

Xatırladaq ki, iyulun 19-da İlisu qoruğunun sərhədləri yaxınlığında baş vermiş yanğın ETSN-nin yerli qurumlarının 150-dək əməkdaşının, yerli sakinlərin, həmçinin FHN-nin yerli yanğın söndürənlərinin səyləri nəticəsində axşam saatlarında tam söndürülüb.

www.yenicag.az

2719
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv