Qaxda əməliyyat – 3 tona yaxın narkotik bitki məhv edildi

Qaxda 3 tona yaxın narkotik bitkilər məhv edilib.

DİN Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış və profilaktiki tədbirlər zamanı rayonun Qaşqaçay və Fıstıqlı kəndləri ərazisində yabanı halda bitmiş çətənə bitkiləri aşkar edilib.

Ümumi çəkisi 3 tona yaxın olan 5350 ədəd həmin narkotik tərkibli bitkilər polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq yandırılma üsulu ilə məhv edilib.