Qax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Yenicag.az-a bildirilib ki, dünən saat 23 radələrində Qax rayonunun İlisu kəndi ərazisində polis nəfəri Faiq Məmmədovun idarə etdiyi “VAZ-21015” markalı avtomobil ilə 1995-ci il təvəllüdlü rayon sakin Mahmud Bayramlının idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
Nəticədə hər iki sürücü və “VAZ-2106”-dakı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Göstərilən tibbi yardımlara baxmayaraq, M.Bayramlı xəstəxanada vəfat edib, digər iki nəfərin isə müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.