Qaxda körpələr evində yanğın baş verib – Fotolar


15731055_846221325521172_1143354904_nQax rayonunda yerləşən körpələr evində yanğın baş verib.

Yeniçağ.Az xəbər verir ki, Report-un Şimal-Qərb bürosunun məlumatına görə, yanğın bu gün axşam saatlarında rayonun Cəlayir kəndindəki ümumi sahəsi 252 m2 olan 11 saylı körpələr evində qeydə alınıb.

Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğın söndürülüb. Nəticədə bağçanın 1 otağının 38 kvm hissəsi və çardağın 12 kvm hissəsi yanıb. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Hadisə zamanı xəsarət alan olmayıb.

 

Yeniçağ.Az