Qaxda meşədə itkin düşən şəxs belə axtarılır – VİDEO

Qax rayonunda dağlıq-meşəlik ərazidə itkin düşən vətəndaşın axtarışları davam etdirilir.

Yenicag.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Qax rayonunun Sarıbaş kəndi istiqamətində dağlıq-meşəlik ərazidə İlisu kənd sakini, 1993-cü il təvəllüdlü Kamallı Rəhman Sədrəddin oğlunun itkin düşməsi ilə əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.