!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qaxda mikroavtobus "KamAZ"la toqquşdu: Ölən və yaralananlar var - FOTO/VİDEO

!Reklam – Yazi

Qax rayonunda “KamAZ”la toqquşan sərnişin mikroavtobusunda ölən və yaralananların adı məlum olub.

Hadisə zamanı 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Ölənlər:

Zaqatala rayon sakini, Əliyev İlkin Haqverdi oğlu (1976)

Zaqatala rayon sakini, Mikayılova Rahilə Zamayıl qızı (1951)

Yaralılar:

Tərtər rayon sakini, Həsənova Səltənət Məmməd qızı (1958)

Zaqatala rayon sakini, Cəfərova Günel Eldar qızı (1979)

Mingəçevir şəhər sakini, Nadirli Nüranə Rövşən qızı (1996)

Şəki rayon sakini, Babayeva Günay Elman qızı (1996)

Mingəçevir şəhər sakini, Həmzəyeva Mələk Səməd qızı (1985) Mingəçevir

Zaqatala rayon sakini, Həmzəyeva Əlirnur Samir qızı (2014)

Zaqatala rayon sakini, Həmzəyeva Əsmənur Samir qızı (2017)

Mingəçevir şəhər sakini, Sarıyeva Nigar Şaban qızı (1982)

***

Qax rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb, ölən və yaralananlar var.

Yenicag.az xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının 78-ci kilometrliyində Qax rayonunun Baydarlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Əliabad-Mingəçevir marşrut xətti üzrə fəaliyyət göstərən “Mercedes” markalı sərnişin mikroavtobusu “KamAZ”la toqquşub.

Ağır yol qəzasında mikroavtobusun sürücüsü Zaqatala rayonunun Qandax kənd sakini, 1976-cı il təvəllüdlü İlkin Haqverdi oğlu Əliyev ölüb. Hadisə zamanı 1 nəfər azyaşlı və 1 nəfər qadın olmaqla 10 nəfər xəsarət alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralıların vəziyyəti ağırdır: “Yaralılardan azyaşlı uşaq və anası ölümcül vəziyyətdədir. Uşağın başı əzilib, kəllə sümüyü sınıb və beyni zədələnib. Yaralılara ilkin yardım göstərildikdən sonra Bakıdakı özəl klinikalardan birinə göndərilməsi planlaşdırılıb”.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerindədir.

Faktla bağlı araşdırmalara başlanılıb./Report/

www.yenicag.az

3333
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv