!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qaxda narkotik alverçisi tutulub

!Reklam – Yazi

22741Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Qax rayon sakini saxlanılıb. Qax RPŞ-nin əməkdaşları rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti axtarış-əməliyyat tədbiri keçirib. Tədbir nəticəsində rayonun Əlibəyli kənd sakini, milliyətcə gürcü olan, 1991-ci il təvəllüdlü Canaşvili Vaxtan Matayeviç şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə Vaxtan Canaşvilinin üzərində aparılan axtarış zamanı 3,7 qram narkotik maddə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülüb. O, narkotik maddəni həmkəndlisi 1962-ci il təvəllüdlü, Aslanaşvili Martiko Mixayloviçdən alıb. Narkotik vasitəni satan Martiko Aslanaşvilinin yaşadığı evdə və evin həyətyani sahəsində axtarış-əməliyyat tədbiri aparılıb. Nəticədə Martiko Aslanaşvilinin yaşadığı evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidən ümumi çəkisi 450 qram olmaqla 3 ədəd polietilen torbada narkotik vasitə hesab olunan qurudulmuş marixuana, həyətyanı sahənin bostan-tərəvəz əkilən hissəsində isə aqrotexniki qaydada qulluq edilmiş ümumi çəkisi 1,3 kiloqram olan, 14 ədəd narkotik bitki hesab edilən çətənə kolları aşkar edilərək götürülüb. Narkotik vasitələrin qanun dövriyyəsi ilə məşğul olan Martiko Aslanaşvili saxlanılaraq polis şöbəsinə aparılıb.

Faktla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır. (apa.az)

www.yenicag.az

659
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv