!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qaxda narkotik bitki becərən üç nəfər saxlanılıb

!Reklam – Yazi

Qax rayonunda narkotik bitki becərən üç nəfər tutulub, saxlanılanlardan ikisi keçmiş məhkumdur.

Yeniçağ.Az xəbər verir ki, Qax rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayon ərazisində narkotik tərkibli bitkilərin əkib-becərilməsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirilib.

Tədbir zamanı rayonun Almalı kənd sakini Süleyman İsa oğlu Süleymanov, Balakən rayonunun Mahamalar kənd sakinləri – İsa İslam oğlu Muradov və Abdulla Məhəmməd oğlu Osmanovun Qaxın Əlibəyli kəndi ərazisində, meşə sahəsində xüsusi qaydada əkdikləri 130 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolu polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Onların üzərinə baxış zamanı, İsa Muradovun çantasından 0.92 qram, cibindən isə 7.30 qram qurudulmuş marixuana aşkarlanıb. Abdulla Osmanovun üzərindən isə beşbarmaq götürülüb.

Saxlanılanlardan Abdulla Osmanov və Süleyman Süleymanov əvvəllər də məhkumluq həyatı yaşayıblar.

Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.

Yeniçağ.Az

www.yenicag.az

945
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv