!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Qaxda təbiətə 27 minlik ziyan vuruldu - CİNAYƏT İŞİ başlanıldı

!Reklam – Yazi

Qax rayonu Qazmalar kəndi ərazisində 23 ədəd qovaq ağacının naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək təbiətə ümumilikdə 27760 manat dəyərində maddi ziyanın vurulması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində ağacları kəsən şəxsin İbaxlı kənd sakini Kamran Abdullayev olduğu müəyyən edilib. O, saxlanılaraq istintaqa təqdim olunub.

Araşdırma zamanı K.Abdullayevin həmin ağacları kəsərək özünə məxsus “QAZ-53” markalı yük avtomobili ilə daşıdığı və ayrı-ayrı şəxslərə satdığı məlum olub.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə ) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

www.yenicag.az

313
Ads
www.veteninfo.com
!Reklam – Arxiv