!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qaxda təcili əməliyyat: 56 nəfər həbs edildi – Yenilənib

!Reklam – Yazi

400228272AsdQax rayonunda qanunsuz dini dərnəklərin qarşısını almaq üçün əməliyyat keçirilib.

Məlumata görə, əməliyyat Qax rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilib.

Əməliyyatın keçirilməsi ilə əlaqədar Qax Rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmə qərarı əsasında şəhər ərazisində yaşayan Qivi Mixoyeviç Xusişvilinin evinə baxış keçirilib.

Onun dini yığıncaqların təşkili və keçirilməsi qaydalarını pozaraq, qanunla qadağan olunmuş dini dərnəklər təşkil etməsi, 56 nəfərin həmin dini təriqətlə məşğul olması müəyyən edilib. Onlardan 44 nəfəri Qax rayon, 9 nəfəri Zaqatala rayon, 5 nəfəri Bakı şəhər sakinidir.

Evdən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçməyən 19 ədəd DVD disk, 2 ədəd videokaset və 219 ədəd dini ədəbiyyat aşkar edilərək götürülüb.(teleqraf)

***

Qax rayonu ərazisində qadağan olunan dini ədəbiyyatlar və broşürlər yayan şəxslər tutulub. Qax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan 56 nəfər şəxs polis şöbəsində gətirilib və izahatları alınıraq buraxılıb.

Qax, Zaqatala və Bakı sakinlərindən ibarət dəstə üzvləri arasında yetkinlik yaşına çatmayan uşaqlar və qadınlar da olub. Qax rayon məhkəməsinin qərarına əsasən rayon polis şöbəsinin əməkdaşları Xusişvili Qivi Mixoyeviçin evinə baxış keçirib. Onun evində aparılan axtarışlar zamanı 200-dən artıq dini ədəbiyyat, broşürlər, müxtəlif disk və video kasetlər aşkar olunub.

Qax Rayon Məhkəməsindən bildirilib ki, aşkar olunan ədəbiyyatlar və digər dini ləvazimatlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) göndərilib: “Əgər Dini Komitə tərəfindən həmin dini ədəbiyyatlar, broşürlər, disk və video kasetlərin yayılmasının qadağan olması təsdiq olunarsa saxlanılan şəxslərin hər biri 1500 manatda 3000 manata qədər cərimə oluna bilər”.(report)

www.yenicag.az

534
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv