Qaya Məmmədov şəhid ailələrini ziyarət etdi

 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Qaya Məmmədov şəhid ailələri ilə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.

“Seçicilərlə səyyar görüşlər çərçivəsində qəhrəman şəhidlərimiz Mahir Məmmədov, Mürsəl Kazımlı və Muxtar Qasımlının ailə üzvləri ilə görüşdüm. Hər bir şəhid ailəsi, Vətən üçün böyük bir əmanətdir və onların qəhrəman oğullarının xatirəsi hamımız üçün müqəddəsdir. Bu müqəddəs xatirəni qorumaq və gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur. Şəhidlərimizin ruhu şad olsun, onların ailələrinə isə səbr və dözüm arzu edirəm”, – deyə Q.Məmmədov qeyd edib.

COP29