Qaya parçası Quba-Xınalıq yolunu bağladı

164620_res_01Qubada yola iri qaya parçası düşüb.

“ARB Şimal” xəbər verir ki, Quba-Xınalıq yolunun 23-cü km-nə iri qaya parçası düşüb. Yolda avtomobillərin hərəkəti məhdudlaşıb.

Hazırda qaya parçasının götürülməsi üçün əraziyə “Azəravtoyol” ASC-nin 5 saylı idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yolda avtomobillərin hərəkətinin təmin olunması üçün işlər aparılır.