Qaydalara əməl olunmasa… – Koronavirus XƏBƏRDARLIĞI

“Qaydalara əməl olunmasa, yay-payız aylarında da yoluxma halları davam edəcək”.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında çıxışı zamanı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov bildirib.

Eldar Əzizov qeyd edib ki, məhdudiyyətlər olsa da, koronavirus təhlükəsi hələ də davam edir:

“Vətəndaşların tətbiq olunan qaydalara əməl etməməsi yoluxma hallarını artıra bilər. Vətəndaşlar özünütəcrid, maska və əlcək kimi vacib olan qaydalarına əməl etməsələr, özümüzü ikinci dalğadan qoruya biləyəcəyik. İki ay ərzində ciddi təbliğat işləri aparılır, bütün dünya virusla mübarizə aparır. Lakin hələ də ölkəmizdə qaydalara riayət etməyən insanlar var. Qaydalara ciddi əməl etmək vacibdir”.

Gülşən Şərif