Qaydaları heçə saydı, dəhşətli qəzaya səbəb oldu – ANBAAN VİDEO

Ötən gün Göyçayda baş verən zəncirvari yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Yenicag.az xəbər verir ki, video sosial şəbəkədə paylaşılıb.

Belə ki, VAZ-2107 markalı avtomobilin işıqforun yaşıl işığından və yolayrıcının keçilməsi qaydasını pozub.

Bu zaman yolayrıcına daxil olan “Mercedes-Benz” əvvəlcə həmin nəqliyyat vasitəsinə, daha sonra isə yol kənarında dayanan VAZ-2104 markalı avtomobilə çırpılıb.

VAZ-2104 də öz növbəsində park halında olan “Hyundai” markalı avtomobilə çırpılıb.
Qəza zamanı xəsarət alanların olduğu bildirilir. Avtomobillərə ciddi maddi ziyan dəyib. /Oxu.az/

Həmin görüntüləri təqdim edirik: