!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qaydanı pozan restoranlar bağlanacaq

!Reklam – Yazi

Karantin rejimində yumşalmalar tətbiq olunur və açıq havada fəaliyyət göstərən xidmət sahələrinin də açılması bu qaydalara daxildir.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Mustafayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, iaşə müəssisələrində axşam saat 22:00-dan sonra xidmət göstərilməsinə imkan verilmir:

“Təsərrüfat sahələrində işçilər tibbi maskalardan istifadə etməli və onların tibbi maskadan istifadə etməsinə nəzarət olunmalıdır. Eyni zamanda giriş-çıxışıa dezinfeksiya məhlulları qoyulmalıdır. Maskasız müştərilər müəssisəyə buraxılmamalıdır. İş saatının bitməsinə ciddi nəzarət olunacaqdır. Bu tələblərin pozulmasına görə qanunla müəyyən olunmuş cərimələr tətbiq ediləcək. Belə ki, fiziki şəxslər 200 manat, hüquqi şəxslər 400 manat cərimə ödəyəcək. Qayda ikinci dəfə pozulduğu zaman isə cərimələrin miqdarı iki qat artırılacaq. Qaydanın pozulmasından asılı olaraq şəxslər cinayət məsuliyyətinə də cəlb oluna bilər. Açıq havada fəaliyyət göstərən iaşə müəssisələri ən azı 3 tərəfdən açıq havada olmalıdır”.

Onun sözlərinə görə, əgər iaşə obyektləri vaxtaşırı qaydaları pozarsa, onların fəaliyyəti dayandırılacaq.

www.yenicag.az

537
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv