Qaydanı pozan YPX əməkdaşı – Cəriməni kim kəsəcək?

Azərbaycan yollarında təhlükəsizliyin təmini Dövlət Yol Polisinin əməkdaşlarına həvalə edilsə də, bəzən onların özləri qaydanı pozur.

Məsələn, 99-YP-663 dövlət nömrə nişanlı YPX maşınında xidmət aparan polis əməkdaşı kimi.

Yenicag.az xəbər verir ki, o, xidməti maşınını piyada zolağının üstündə saxlayaraq, piyadaların gediş-gəlişinə mane olub.

Halbuki “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin IV bəndində maşınların piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda dayanması qadağan olduğu göstərir.

Maraqlıdır, görəsən, indi qaydanı pozan polis əməkdaşına cəriməni kim kəsəcək?

COP29