Qarışıq döyüş (MMA) ustası, 22 yaşlı amerikalı Valeri Loreda karyerasında ilk dəfə məğlubiyyətlə üzləşib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Valeri Loreda ABŞ-ın Anaksvill (Konnektikut ştatı) şəhərində təşkil olunan “Bellator 259” turinirində 3 raund davam edən döyüşdə həmyerlisi Hanna Haya məğlub olub.
Bu, Loredanın professional karyerasında keçirdiyi 4 görüşdə aldığı ilk məğlubiyyətdir.
Qeyd olunur ki, sosial şəbəkələrdə açıq-saçıq fotoşəkillərini tez-tez paylaşan Loreda qaydasız döyüşün xanım seks-simvolu sayılır. Onun 800-mindən artıq izləyicisi var və hər paylaşımına minlərlə şərh yazılır.