!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qayğıdan məhrum qalan ŞƏHİD AİLƏLƏRİ: “Yerli məmurlara çox sərt şəkildə tapşırıqlar verilməli və...” - ETİRAZ

!Reklam – Yazi

“Həmin qərarların reallaşdırılması yerli icra hakimiyyəti orqanlarının üzərinə düşür”.

Bu fikirləri yerli icra hakimiyyəti orqanlarının bir çox hallarda şəhid və qazi ailələrini diqqətdən kənar saxlamalarının səbəblərinə toxunan Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, belə hallara son qoyulması üçün yerli icra hakimiyyəti sistemində əsaslı dəyişikliklər həyata keçirilməlidir:

“Ümumiyyətlə, hesab edirəm ki, yerli icra hakimiyyəti sistemində əsaslı dəyişikliklərə ehtiyac var. Çünki bu orqanlar mövcud idarəetmə mexanizmində daha çox administrativ və bürokratik yer tuturlar. Fikrimcə, gələcəkdə onların ləğvi məsələsinə baxılmalıdır.

Açığı, yerli icra hakimiyyəti orqanları demək olar, sadəcə, şəhid və qazi ailələrinə deyil, bütün məsələlərə laqeyd yanaşırlar. Elə bil bütün diqqətləri yalnız nədənsə müəyyən gəlir götürməyə yönəlib.

Mənə belə gəlir ki, hakimiyyət bu barədə ciddi düşünməlidir. Doğrudur, şəhid və qazi ailələrinə qayğı, yardım göstərilməsi üçün qərarlar qəbul edilir. Ancaq həmin qərarların reallaşdırılması yerli icra hakimiyyəti orqanlarının üzərinə düşür.

Demək istəmirəm ki, onların bu laqeydliyi məqsədli xarakter daşıyır. Belə görünür ki, onlar əvvəllər olduğu kimi yenə də ətalət şəraitində işləməyə üstünlük verirlər. Belə olduqda isə insanlara qayğı unudulur, arxa plana keçir.

O baxımdan, vurğuladığımız qərarların doğru-düzgün icra olunması üçün yerli məmurlara çox sərt şəkildə tapşırıqlar verilməli, işlərində dönüş yaratmadıqları halda isə ciddi surətdə cəzalandırılmalıdırlar”.

A.Zeynalov

www.yenicag.az

464
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv