Qayıdış Konsepsiyası layihəsi üzrə yekunlaşdırıcı müzakirələr keçirildi

Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyasının layihəsi üzrə yekunlaşdırıcı müzakirələr keçirilib.

Yenicag.az xəbər verir ki, yanvarın 24-də İcmanın əsas orqanlarının nümayəndələrinin iştirakı ilə Konsepsiyanın layihəsi müzakirə edilib, mətn üzrə bir sıra əlavə və dəyişikliklər edilib.

Katiblik heyətinə Konsepsiya layihəsi üzərində redaktə işlərini tamamlamaq tapşırılıb.

İcmanın İdarə Heyətinin bugünkü iclasında Qayıdış Konsepsiyasının layihəsinə baxılacaq.