Qayınanası ilə dalaşan qadın evi yandırdı – VİDEO

Türkiyədə əri və qayınanası ilə dalaşan qadın evi yandırıb.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, hadisə Bolu şəhərində qeydə alınıb.

Qadın əri və qayınanası ilə dalaşdıqdan sonra uşaqları evin içində ola-ola evi yandırıb.

Yanğın hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən söndürülüb.

Polis hadisə ilə bağlı araşdırma başladıb.