Reklam

Reklam

Gəlininin evdə saxladığı itə əsəbiləşən qayınata dəhşətli cinayət törədib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Ankarada yaşayan Ahmet T. və hamilə gəlini Əmək T. it üstündə dalaşıb. Daha sonra qayınata gəlinini və itini bıçaqlayıb. Əsəbi soyumayan kişi daha sonra eyni bıçaqla özünə də xəsarət yetirib.

Qonşular hadisə yerinə təcili tibbi yardım çağırıblar. Hazırda reanimasiyada olan qadının vəziyyəti orta-ağırdır. Bir müddət “şizofreniya”dan əziyyət çəkmiş Ahmet T.-nin həyati təhlükəsinin davam etdiyi bildirilir. Bıçaq zərbəsi alan it isə baytara aparılıb.

Faktla əlaqədar cinayət işi açılıb. Araşdırma davam edir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1571
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."