Qayınata kürəkənini güllələdi

Biləsuvar rayonunda güllələnmə hadisəsi baş verib.

Yenicag.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

Biləsuvar şəhər sakini, 1956-cı il təvəllüdlü Hüseynov Valeh Aydın oğlu ailə münaqişəsi zəminində kürəkəni, 1993-cü il təvəllüdlü Babayev Vasif Saleh oğlunu lüləsi kəsilmiş ov tüfəngi ilə güllələyib.

V. Hüseynov daha sonra özünə məxsus “Mercedes” markalı avtomobillə V.Babayevi Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

COP29