Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Qaynadılmış su təhlükəlidir? - İsveçrəli alimlər açıqladı

Qaynadılmış suyun adi sudan daha təhlükəli olduğu iddia olunur.

Yenicag.az e-tibb.az-a istinadən xəbər verir ki, İsveçrədən olan alimlər qaynadılmış suyun bəzi hallarda adi, süzülmüş sulardan daha təhlükəli ola biləcəyini açıqlayıblar. Bir qayda olaraq suyu qaynatmaqla onu patogenlərdən və zərərli mikroorqanizmlərdən təmizləmək olur.
Alimlər isə qeyd edirlər ki, qaynayan zaman suyun tərkibində olan xlor çökərək digər kimyəvi maddələrlə reaksiyaya girir. Nəticədə xəstəliklərin yaranmasına səbəb olan zəhərli birləşmələr meydana gəlir. Elə viruslar, ağır metallar və digər birləşmələr var ki, qaynadıqdan sonra da məhv olmur. Yığılan çöküntü nəticədə insan bədəninə daxil olur və bu toksinlər müxtəlif orqanlarda fəsadlar yaradır. Qaynadılmış suyun daimi içilməsi həm də müxtəlif faydalı mineralların bədəndən xaric olmasına səbəb olur.

Bundan başqa, onlar hesab edir ki, suyu bir dəfədən çox qaynatmaq lazım deyil. Həmçinin çaydanda ərp əmələ gəlməməlidir.

Suyu isitmək üçün ona qaynadılmış su ələvə etmək də məsləhət deyil. Bu da ziyanlı hesab olunur.

Suyu zərərli elementlərdən təmizləmək üçün filtrdən keçirməyin daha məqsədəuyğun olduğu bildirilir.

www.yenicag.az

697
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM