Qaynata namus üstündə gəlinini öldürdü – Goranboyda dəhşətli cinayət

Goranboy rayonunda qətl hadisəsi qeydə alınıb.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb. Qasım İsgəndərov gəlini Samirə Məmmədovanı amansızca qətlə yetirib.

İlkin məlumatlara görə, hadisəyə səbəb naus üstündə olub. 76 yaşlı qayınata 39 yaşlı gəlininə 5 bıçaq zərbəsi endirib. Nəticədə sonuncu hadisə yerindəcə keçinib.
Hadisə yerinə Goranboy rayon Prokurorluğunun rəsmiləri cəlb olunub. Qətli törədən şəxs könüllü olaraq polisə təslim olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./baku.ws/

COP29