Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

"Qaz limitini qaldırmaq lazımdır" - Millət vəkili

Millət vəkili son vaxtlar cəmiyyətdə geniş müzakirə olunan təbii qazın istifadə limitinin artırılmasını təklif edib.

Yenicag.az xəbər verir ki, millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bu məsələ ilə bağlı təkliflə çıxış edib.

Millət vəkilinin sözlərinə görə, təbii qazdan istifadəyə görə limitin aşağı həddə qoyulması vətəndaşlara çox ciddi problem yaradır:

“Bununla bağlı müzakirələrin şahidiyik. Görürük ki, təbii qaz üçün tətbiq olunmuş limit aşağıdır. Xüsusilə həyət evlərində yaşayan vətəndaşlar üçün bu limitdən sonra ödəniş etmək xeyli çətinləşib. Hesab edirəm ki, limit olmalıdır. Limit israfçılığın qarşısını alır. Bununla belə, onu da düşünürəm ki, limiti iki dəfə qaldırmaq lazımdır. Qazın limitini ən azı 3 min kubmetrə qədər qaldırmaq lazımdır ki, əhali təbii qazdan istifadəyə görə ödənişlərini normal ödəyə bilsin. Aydın məsələdir ki, istixanalar, dönərçilər, digər xidmət sahələri var. Onlar qazdan istifadə edərək pul qazanırlar və onun ödənişini etməlidirlər. Hesab edirəm ki, əhali üçün təbii qazın həcmi 3 min kubmetrə qaldırılmalıdır”.

A.Zeynalov

www.yenicag.az

7949
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM