Qaz qurğularının quraşdırılması qadağan edilən obyektlər açıqlandı

Qaz qurğularının quraşdırılması qadağan edilən obyektlər açıqlanıb.

Yenicag.az xəbər verir ki Nazirlər Kabinetinin təsdiqlədiyi “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair Tələblər”-də əksini tapıb.

Qaydalara əsasən, məktəbəqədər təhsil müəssisələrində, teatr və kinoteatrların bufetlərində qaz qurğularının quraşdırılması qadağandır.

İstehlakçılar, o cümlədən məişət abonentləri tərəfindən bu tələblərə əməl edilmədən qaz qurğularının özbaşına quraşdırılmasına yol verilmir.