Qaz sızması 24 yaşlı qadının həyatına son qoydu

Bakıda 24 yaşlı qadın qaz sızmasından həyatını itirib.

Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 24 yaşlı Aytel Babayeva yaşadığı evin hamamında qaz sızmasından ölüb.

Faktla bağlı araşdırma aparılır.