Türkiyədə təbii qaz və elektrik enerjisi bahalaşıb.
Yenicag.az xəbər verir ki, təbii qazın tarifi əhali üçün 9 faiz, qeyri-əhali üçün isə 14 faiz artırılıb. Elektrik enerkisi isə 14,6%-lə 16,2% arasında artırılıb.
Bu barədə Enerji Bazarlarının Tənzimləmə Təşkilatı qərar qəbul edib.
İşığın birdəfəlik tarifi 15%, üçvaxtlı tariflərdə gündüz 15%, gecə 16,2%, pik saatlarda isə 14,6% artırılıb.