ABŞ-ın Oklahoma ştatında yerləşən qaz yatağında partlayış baş verib.
Yenicag.az xəbər verir ki, partlayış nəticəsində 5 nəfər ölüb.
Yerli hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, ölənlərdən 3-ü Oklahoma sakinidir, digər iki nəfər Texas və Koloradodan gəlmədir.
Qeyd edək ki, hadisə bazar ertəsi baş versə də, xilasedicilər yanğın səbəbindən cəsədlərin axtarışlarına başlaya bilməyiblər.