Qaz zavodunda partlayış – 4 nəfər öldü

Braziliyanın şimalında yerləşən qaz zavodunda baş verən partlayış nəticəsində 4 nəfər həlak olub.

Yenicag.az-ın məlumatına görə, partlayış saat 10.00-da oksigen və asetilen istehsal edən bir fabrikdə baş verib.

Bildirilir ki, balonların doldurulması ilə məşğul olan dörd nəfər həlak olub.