Qazaryan Paşinyanı təhqir etdi: “Hamının ayaqqabısını yaladın”

“Nikol Paşinyanın bir bəyanatını xatırlatmaq istəyirəm. Bəli, mən 21-ci əsrin ən böyük diplomatlarından birinin söylədiyi fikirlərə istinad edirəm”.

Yenicag.az xəbər verir ki. bu barədə bu gün, aprelin 4-də Ermənistan Milli Məclisində “Ermənistanın Avropaya inteqrasiyasının yeni perspektivləri və çağırışları” mövzusunda parlament dinləmələri zamanı ictimai-siyasi xadim Edqar Qazaryan bildirib.

“Diplomatlığınız bu idi? Kimlərin ayaqqabılarını yalamısınız? Siz bunu diplomatiya hesab edirdiniz, ey fədakarlar? Faciə odur ki, hamının adından hamının ayaqqabısını yaladınız, amma biz ayaqqabı yalayan deyilik, sənsən bunu edən.

Vaxtilə də yalamısan, indi də yalayırsan! Bu gün də gerçəklərdən qaçırsan, çünki indi Avropada, Moskvada və bütün yerlərdə bu işi həyata keçirirsən”, – deyə Qazaryan Paşinyanı təhqir edib.

Rafi Müslümov

COP29