!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazax sakinində silah aşkarlandı

!Reklam – Yazi

Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini, Tural Yaqubov rayon ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Onun üzərinə axtarış keçirilən zaman əlindəki torbadan 1 ədəd, atəşə yararlı, lüləsi kəsilmiş “Karabin” markalı tüfəng və 14 ədəd patron götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.

www.yenicag.az

436
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv