Qazaxda 37 yaşlı qadın özünü körpüdən atıb

Qazaxda intihara cəhd olub.

Yenicag.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, rayon sakini, 1980-ci il təvəllüdlü Yusifova Nəsibə Cavanşir qızı Qazax şəhərində, parkın yaxınlığında yerləşən körpüdən özünü atıb.

Ağır xəsarət alan qadın Qazax Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb, ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. Qadının hansı səbəbdən özünü körpüdən atdığı məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.