!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazaxda ağır qəza: Rəis öldü, sədr yaralandı

!Reklam – Yazi

unnamazdr455Qazax rayonu, Çaylı kəndi ərazisində ağır yol qəzası baş verib.

Yenicag.az ARB-yə istinadən xəbər verir ki, Oqtay Hüseynov “Mercedes” markalı minik avtomobilində idarəetməni itirib, maşın çevrilərək yol kənarına aşıb və yanmağa başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunublar. Alov söndürülüb. Yanğın nəticəsində avtomobilin mühərrikinin və idarəetmə lövhəsinin yanar hissələri yararsız hala düşüb. Müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılıb, vəziyyəti orta-ağırdır. Onun sərnişini 42 yaşlı Elşad Axundov isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Polis faktla bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Oqtay Hüseynov Qazax bələdiyyəsinin sədri, Elşad Axundov isə Qazax Evlər İdarəsinin rəisidir.

www.yenicag.az

723
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv