Qazaxda baba 7 yaşlı nəvəsini güllələdi

Qazaxda baba ehtiyatsızlıqdan nəvəsini güllələyib.

Yeniçağ.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, rayonun Şıxlı kəndində kənd sakini Səyad Nəsibov oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobildə özünə məxsus “TOZ-34” markalı tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəş 7 yaşlı nəvəsi S.Nəsiblinin sol baldır nahiyəsinə dəyib.

Xəstəxanaya yerləşdirilən uşağın sol ayağı amputasiya edilib. Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən “TOZ-34” markalı tüfəng götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Yeniçağ.az