Reklam

Reklam

Xəbər veridiyimiz kimi Qazaxda minik avtomobili sərnişin avtobusu ilə toqquşub.

Yenicag.az ARB TV-yə istinadən xəbər verir ki, qəza Bakı-Qazax-Tbilisi magistral yolunun Qazax şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan sərnişin avtobusunun “Mercedes” markalı minik avtomobili ilə toqquşması nəticəsində avtomobilin sürücüsü, 1950-ci il təvəllüdlü Qazax rayon sakini Ziyalı Zahid oğlu Orucov ölüb.

Avtobusun sürücüsü və 12 sərnişin xəsarət alıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Ziyalı Orucovun meyiti xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yaralılar Qazax Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.

Sərnişin: “Bakıdan Gürcüstana gedirdim. Birdən qışqırtı qopdu, maşın dərədən aşağı düşdü”.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1485
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."