!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazaxda daha bir xəstə cərrahiyə əməliyyatı zamanı öldü

!Reklam – Yazi

Qazax Müalicə Diaqnostika Mərkəzində xəstə cərrahiyə əməliyyatından sonra dünyasını dəyişib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu gün Ağstafa rayon Poylu kənd sakini, 1947-ci il təvəllüdlü Mustafayev Rüstəm Süleyman oğlu sağ ayağından əməliyyat olunub.

Əməliyyatdan sonra xəstə oyanmayıb və dünyasını dəyişib.

Qeyd edək ki, iyunun 29-da M.Mustafayevin qohumu, Ağstafa rayonu, Poylu kənd sakini, 1954-cü il təvəllüdlü Dəmirova Natalya da Qazax Müalicə Diaqnostika Mərkəzində qarın yırtığından əməliyyat zamanı dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1630
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv