Qazax rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Yenicag.az Baku.vs-yə istinadən xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində baş verib.
Kənd sakini 1958-ci il təvəllüdlü Nərminə İsgəndərovanı “Opel” markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
İlkin məlumatlara görə, hadisəni onun oğlu Eldar İsgəndərov törədib.