!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazaxda ər-arvad qətlə yetirilib

!Reklam – Yazi

1436782625_qetlQazax rayonunda qətl törədilib.

Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Cəfərli kəndində qeydə alınıb. Kənd sakinləri – 1939-cu il təvəllüdlü Nəriman Bayraməli oğlu Osmanov və onunla qeyri-rəsmi nikah münasibətlərində yaşayan, 1941-ci il təvəllüdlü Dünya Mehbulla qızı Bakıxanovanın üzərilərin kəsilmiş-deşilmiş xəsarətləri olan meyitləri yaşadıqları evdə aşkar edilib. Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.(APA)

www.yenicag.az

640
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv